Hərf səhvləri

Mətbuat səhifələrində xətalar təqsirkarların vəzifəsindən kənarlaşdırılmasına, maliyyə itkilərinə və məhkəmə araşdırmalarına gətirib çıxarır. Bəzən isə bir və ya bir neçə əməkdaşın həbsi, yaxud da həyatla vidalaşması ilə nəticələnir.
  • ABŞ Konqresinin rəsmi veb-saytında bildirilmişdir ki, 1960-cı illərdə Amerika Sudanda nüvə sınaqları keçirmişdir. Bundan dəhşətə gələn Sudan hökuməti izahat tələb etmiş və məlum olmuşdur ki, mətndə səhv getmişdir. Demə, bu sınaqlar Sudanda deyil, Nevada ştatındakı Sedan poliqonunda keçirilibmiş.
  • Fransada Avropa Konstitusiyasının səhifələrindən birində təsadüfən tapılmış səhvə görə onun 162 min nüsxəsini yandırmışlar. Kitabçalar ölkənin müxtəlif dövlət təşkilatlarına və kitabxanalarına göndərilməli idi. Lakin son anda səhifələrdən birində belə ifadə aşkarlanmışdır: “Mənasız mətn”. Onu buraya kimin əlavə etdiyini aydınlaşdırmaq mümkün olmamışdır. Konstitusiyanın yeni tirajının nəşri Fransa xəzinəsinə 74 min avroya başa gəlmişdir.

Davamı →

Maraqlı faktlar

Dəvəquşunun yumurtasını qaynatmaq üçün 40 dəqiqədən artıq vaxt sərf etmək lazımdır.

Safsar sutka ərzində 20 saat yatır.

Fransızlar göyərçini “uçan siçovul” adlandırırlar.

Pələnglərin yalnız xəzləri zolaqlı deyil, eyni zamanda dəriləri də zolaqlıdır.

Ardı →

maraqlı faktlar -4

Maraqlı faktlar:


  1. Ayın bütöv şəkildə görünmədiyi yeganə tarix 1865 –ci ilin fevralıdır

  2. Futbolçu hər dəfə topa kəllə vurduqda beynində 1000 hüceyrə ölür

  3. Bir qarışqa yuvasına gündə təxminən 2500 böcək daşıyır

  4. Qitə adlarının hamısı eyni hərflə başlayıb eyni hərflə də bitir

  5. Okeanın ən dərin yerində dəmir bir topun suyun dibinə çökməsi bir saatdan çox vaxt aparar

Ardı →

Maraqlı faktlar-3

Bilinməyən faktlar:


İngilislər hara getdi?
ingilis ordusunun bilinməyən müəmması


Bilinməyən faktlar:

İngilis ordusu hara getdi? 12 avqust 1915- ci ildə Çanakkalada savaşında ingilislərin 54- cü batalyonuna aid olan Norfolk batalyonunun kiçik Anafartalar düzənliyində bir təpəyə qalxmasını, təpənin üzərindəki bir ağ buludun içərisinə girməsini, sonuncu əsgər də buludun içərisində yox olduqdan sonra buludun yavaşca göyə qalxmağını və küləyin əksi istiqamətində hərəkət etdiyini, 250 əsgər,16 zabit və bir polkovnikin heç bir iz qoymadan yoxa çıxmasını, və bir daha onlardan xəbər gəlmədiyini bilirdiniz?


Ardı →

Oxu və heyrətlən

*V.Harvey qan dövranı haqqında kiçik kitabçası üzərində düz 13 il işləmişdir.


*N.Kopernik öz traktatını yaratmağa otuz ildən çox vaxt sərf etmişdir.


*İ.Nyuton öz ideyalarını bəşəriyyətə bildirməyə qərara alana qədər onların haqqında 20 il ətraflı düşünmüşdür.


*Firdovsi özünün «Şahnamə» əsərinə 30 il sərf etmişdir.


*Ç.Darvin özü haqqında belə demişdir: «Mən oxuduğum və konspektini tutduğum cürbəcür kitabların siyahısını nəzərdən keçirəndə öz əməksevərliyimə məəttəl qalıram.


*Höte «Faust» əsərini 7 ilə yazmışdır.


*Sirri Səkkati Həzrətləri ətrafına yığışanlara səbr haqqında bəhs edərkən bir əqrəb onu bir neçə dəfə çaldı. O, isə buna heç bir əhəmiyyət vermədi. Ondan bunun səbəbini soruşduqda o, belə cavab verdi: «Səbrdən bəhs etdiyim bır halda səbr etməməkdən qorxdum.»


Ardı →

maraqlı faktlar 2

1.  Bədənimizdəki ən güclü əzələ dilimizdədir ·
2.  Sağ əllə işləyən insanlar solaxay insanlardan orta hesabla 9 il çox yaşayır ·
3.  Mirvarilər sirkədə əriyir ·
4.  Fillər tullana bilməyən yeganə heyvandır.
5.  Planetlərdən yalnız Venera saat əqrəbi istiqamətində fırlanır.
6.  İlbizlər üç il yata bilirlər.
7.  Gözlərimiz anadan olandan ölənə kimi eyni ölçüdə olurlar, amma qulaqlarımız və burnumuz daima inkişaf edir
Ardı →

maraqlı faktlar

1.  Timsahın dili damağına birləşik olur.
2.   Kenquri quyruğu yerə dəymədən tullana bilmir.
3.   Bir erkək kəpənək bir dişi kəpənəyi 7 mil məsafədən hiss edir, qoxusunu duyur.
4.   Köstəbək bir gecədə 250 addımlıq bir tuneli qaza bilir.
5.   Yerfındığında heç bir noxud və ya fındıq yoxdur.
6.   Bayquşların qrupu, toplusu parlament adlandırılır.
7.   Siçovul susuz dəvədən daha dözümlüdür 
8.   Gəmiricilərin dişləri daima böyüyür.


Ardı →

Dahilərin ikinci peşəsi

Böyük fantastika yazıçısı Jül Vern eyni zamanda 4000-ə qədər müxtəlif tapmaca, bilməcə və başqa folklor nümunələrinin müəllifi olmuşdur.

Aleksandr Porfideviç Borodini (1833-1887) musiqiçilər bəstəkar, elm xadimləri (xüsusilə kimyaçılar) isə bir alim-kimyaçı kimi tanıyır və yaradıcılığını yüksək qiymətləndirirlər. Çünki A.Borodin xarakter və məzmunca bir-birindən çox uzaq olan iki müxtəlif ixtisas: kimya və musiqi sahəsində eyni həvəslə fəaliyyət göstərmiş və görkəmli müvəffəqiyyətlər qazanmışdır.

Dahi fiziklərdən Eynşteyn böyük məharətlə skripka, Heyzenberq royal çalırdı.


Qeyri-Evklid həndəsəsinin yaradıcılarından biri olan Y.Bolyan məşhur skripkaçı idi, o 16 yaşında musiqi bəstələmişdir.
Dahi rus alimi M.V.Lomonosov nəinki böyük kimyagər,fizikaşünas, geoloq olmuş, o həm də tarixçi, dilçi və hətta şair idi.


Ardı →